Modern.az

Bakıda gedişhaqqını qaldıran sürücü işdən qovuldu

Bakıda gedişhaqqını qaldıran sürücü işdən qovuldu

25 Noyabr 2016, 11:01

“Vətəndaş Məhərrəmov Bəhram Abbasəli oğlu 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edib”.

Bu haqda Modern.az-a məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib ki, vətəndaşın şikayəti əsasında BNA-nın mütəxəssisləri tərəfindən, müntəzəm sərnişindaşıma xidməti göstərən 117 nömrəli marşrut avtobuslarına baxış keçirilib:

“Salonda daşıma haqqını əks etdirən marşrut lövhələri aşkarlanmayıb. 117 nömrəli marşrutun müvəqqəti istismarçısı Agentliyə dəvət olunaraq izahatı alınıb. Məsələ ilə bağlı tədbir görülməsinə dair daşıyıcıya ciddi tapşırıq verilib. Görülən tədbirlər nəticəsində 117 nömrəli marşrutda fəaliyyət göstərən 90 BK 869 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü daşıyıcı şirkət rəhbərliyinin əmri ilə işdən azad edilib”.

 

N.Allahyarova bildirib ki, eyni zamanda gediş haqqı tarifini göstərən məlumat lövhələrinin 117 nömrəli marşrut avtobuslarının salonlarında yerləşdirilməsi təmin edilib.


“Qeyd edilən faktın mövcudluğu bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin zəruri olduğunu göstərir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bir daha bütün daşıyıcı şirkətlərdən tez bir zamanda nağdsız ödəniş sisteminə keçmələrini tələb edir”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI