Modern.az

İcra Hakimiyyətinin əməkdaşları arasında əlbəyaxa DAVA

İcra Hakimiyyətinin əməkdaşları arasında əlbəyaxa DAVA

25 Noyabr 2016, 11:02

Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxsləri arasında dava düşüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Həşimov Şirvan şəhər polis şöbəsinə müraciət edərək bildirib ki, Şirvan şəhərinin ərazisində olan zaman icra hakimiyyətində mühasib işləyən iş yoldaşı Rəşad adlı şəxslə mübahisə edib.

İ.Həşimov ərizəsində qeyd edib ki, mübahisə zamanı həmin şəxs ona fiziki güc tətbiq edərək ünvanına təhqiredici və alçaldıcı ifadələr işlədib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI