Modern.az

Yasamaldakı Heydər Əliyev Mərkəzində azərbaycançılıq ideologiyası müzakirə olundu

Yasamaldakı Heydər Əliyev Mərkəzində azərbaycançılıq ideologiyası müzakirə olundu

24 Noyabr 2016, 10:59

“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Birlik və inkişaf modeli olan Azərbaycançılıq” mövzusunda növbəti tədbiri də Yasamal rayonunda keçirib.

Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələri ilə birlikdə keçirilən dəyirmi masa ətrafında azərbaycançılıq ideologiyasından danışılıb.

QHT sədri Rahilə Mehtiyev layihə haqqında geniş məlumat verərək deyib ki, azərbaycançılıq məfkurəsi Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideoloji əsasını təşkil edir.

“Biz Vətənini, dövlətini, xalqını sevən vətəndaş olaraq, bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik və bu bizim vətəndaş olaraq hər birimizin borcudur”.

Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qrumlarla işin təşkilatçısı Vasif Məmmədov, İctimai Televiziya və Radio Yayımı  Şurasının sədri Cahangir Məmmədli və digər iştirakçılar azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən bir ideologiyaya çevrilməsində Heydər Əliyevin tarixi xidmətləri barədə çıxış ediblər. Onlar belə mövzuda keçirilən layihələri dəstəkləyən OHT-lərə Dövlət Dəstəyi Şurasına öz minnətdarlıqlarını bildiriblər.

Tədbir qarşılıqlı diskusiya şəkilində davam etdirilib. Qeyd edək ki, eyni adlı layihə çərçivəsində İctimai Birlik Bakının Nizamirayonu, eləcə də Şamaxı, İsmayıllı rayonları, Sumqayıt şəhərində ictimai müzakirələr təşkil edib.


Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi