Modern.az

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı

26 Noyabr 2016, 09:58

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər tutulub.

 

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə polisinin Qaziantep, Şanlıurfa və Aydında keçirdiyi əməliyyat nəticəsində tutulanlardan 12-ci Rusiya, 8-i Türkiyə, 2-si Azərbaycan, 2-si Özbəkistan, 1-i isə Tacikistan vətəndaşıdır.

 

 

Tutulan şəxslərdən silah, hərbi geyim, elektron informasiya daşıyıcısı, bir neçə dildə yazılmış vərəqələr və narkotik götürülüb.

 

Onların hamısında saxta sənədlər olub.

 

 

Xüsusi xidmət orqanlarının versiyasına görə, tutulan şəxslər Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI