Modern.az

Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Azərbaycan millisinin baş məşqçisi istefa verdi

26 Noyabr 2016, 10:30

Təbriz Həsənov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub. Modern.az report.az-a istinadən xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssisin özü məlumat verib.

 

T.Həsənov təyinatın hələ rəsmiləşmədiyini, amma yığmanın noyabrın 29-da Bakının Mərdəkan qəsəbəsindəki yığma komandaların məşq mərkəzində başlanacaq təlim-məşq toplanışına rəhbərliyin ona həvalə olunduğunu açıqlayıb: "Bir həftəlik hazırlıq prosesinə 1999-cu il təvəllüdlü futbolçular dəvət edilib. Həmin oyunçularla 3 ildir mən işləyirəm. İndi onlar U-19 komandasına keçib. Bu səbəbdən, yığma da mənə tapşırılıb".

 

Qeyd edək ki, yeni baş məşqçi təyinatının AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin martında keçiriləcək iclasında rəsmiləşəcəyi gözlənilir. Təbriz Həsənov bu vəzifədə Nazim Süleymanovu əvəzləyib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI