Modern.az

Rusiyanın təhsil naziri Bakıya gələcək

Rusiyanın təhsil naziri Bakıya gələcək

26 Noyabr 2016, 10:43

Rusiya təhsil və elm naziri Dmitri Livanov Bakıya səfərə gələcək.

 

Modern.az-ın xəbərinə görə, rusiyalı nazir Azərbaycana noyabrın 28-də səfər edəcək.

 

Səfər zamanı Rusiya Təhsil naziri azərbaycanlı həmkarı Mikayıl Cabbarovla və digər hökumət üzvləri ilə görüşəcək.

 

Görüşdə əsas məqsəd Azərbaycan və Rusiya ali məktəblərinin məzunlarına həsr olunan konfransda iştirak etmək və ölkələr arasındakı mövcud təhsil məsələlərinin müzakirəsidir.

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI