Modern.az

Dopinq hesab olunmayan dərmanlar qanunla tənzimlənəcək 

Dopinq hesab olunmayan dərmanlar qanunla tənzimlənəcək 

26 Noyabr 2016, 11:10

Azərbaycanda dopinq vasitələri hesab olunmayan terapevtik dərman növlərinin və idman qidalarının istifadəsi də qanunla tənzimlənəcək.

                                        

Modern.az-ın xəbərinə görə, , bu öz əksini “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsində tapıb. Azərbaycanda ilk dəfə hazırlanan bu qanun layihəsinin 3-cü fəslinin 11-ci maddəsində idmanda ilk dəfə olaraq müstəqil komitə olan Terapevtik İstifadəyə İcazə Komitəsinin yaradılması təklif edilir.

 

Qanun layihəsinin 11-ci maddəsində göstərilir:

11.3. Terapevtik İstifadəyə İcazə Komitəsi bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qərar MADA-nın (Milli Anti Dopinq Agentliyi) yekun qərarı hesab olunur.

 

11.4. Terapevtik İstifadəyə İcazə Komitəsi terapevtik istifadə üçün edilən müraciətlərin qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab etdiyi tibbi və ya elmi ekspertizanın keçirilməsi üçün müraciət etmək hüququna malikdir.

Xatırladaq ki, qanun layihəsi  ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI