Modern.az

Tətilə görə 2 reys təxirə salındı

Tətilə görə 2 reys təxirə salındı

26 Noyabr 2016, 11:59

Almaniyanın "Lufthansa" aviaşirkəti işçilərinin davam edən tətili nəticəsində şirkətin bu günə nəzərdə tutulan Bakı reysləri təxirə salınıb.

 

Bu barədə Modern.az-a Heydər Əliyev adına Hava Limanından məlumat veriblər.

 

Hava Limanından bildiriblər ki, bu günə 2 reys nəzərdə tutulmuşdu: Aşqabad - Bakı və Bakı-Frankfurt-na-Mayne.

 

Məlumatda qeyd olunur ki, bazar günü üçün reyslərin təxirə salınıb-salınmamsı ilə bağlı hələ məlumat yoxdur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI