Modern.az

Beyləqanda maşın kanala düşdü, sürücü boğuldu

Beyləqanda maşın kanala düşdü, sürücü boğuldu

26 Noyabr 2016, 12:29

Beyləqanda maşın kanala aşıb.

 

Modern.az DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində rayon sakini Qurbani Sarıyev idarə etdiyi "VAZ-21154" markalı avtomobili yolun kənarından keçən Qarabağ kanalına aşırıb və hadisə yerində ölüb.

 


Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI