Modern.az

İran ən müasir rus qırıcılarını almaq istəyir

İran ən müasir rus qırıcılarını almaq istəyir

26 Noyabr 2016, 12:59

İranın müdafiə naziri briqada generalı Hosseyn Dehqan bildirib ki, Rusiya istehsalı olan Su-30 qırıcılarının alınması gündəlikdə duran məsələdir. Modern.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agnetliyinə istnadən məlumat verir.

 

Həmçinin onun sözlərinə görə, İran Rusiya təyyarələrinə Həmədanda yerləşən "Noje" avibazasından istifadə etmək imkanı verməyə hazırdır, lakin bəzi şərtlər yerinə yetirilməklə.

 

Qeyd edək ki, avqustun ortalarında Rusiyaya məxsus təyyarələr İranın Həmədanda yeləşən adıçəkilən aviabazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərini bombalamaq üçün istifadə etmişdi.

 

Bundan sonra İranın müdafiə naziri belə bir informasiyanı açıq şəkildə yaydığı üçün Rusiyaya narazılığını bildirmişdi.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI