Kubanın Madirddəki səfirliyi qarşısında eyni vaxtda dünən gecə vəfat edən Kuba inqilabının lideri Fidel Kastronun tərəfdarları ilə əleyhdarları aksiya keçirir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, toplaşanların bir hissəsi diplomatik nümayəndəliyin binasına Kastronun ölümü ilə bağlı başsağlığı verməyə gəlib.
İkinci aksiya Kubada demokratik dəyişikliklərin tərəfdarlarının “Kuba, artıq demokratiya” şüarı ilə keçirilir.
Məlumata görə, aksiya iştirakçıları bir-birilərini təhqir edir, artıq dava da düşüb. Polis müdaxilə etmək məcburiyyətində qalıb. Xəsarət alanlar haqqında hələ ki, xəbər verilmir.
Venesuela səfirliyinin nümayəndələri Kuba səfirliyinin binasına Kuba xalqına hörmət tələb etmək məqsədilə gəliblər.
Qanun keşikçiləri “Kuba, artıq demokratiya” platformasının rəhbəri Riqoberto Karseleranın əlindən şampan şüşəsini alıblar. Çünki aksiya iştirakçıları Fidelin ölməsinə görə yox, kubalılar üçün yenimərhələnin başlaması şərəfinə içməyi planlaşdırıblar.
Aksiya iştirakçıları adada diktatura qurulduğunu bəyan edir, Kuba hakimiyyətini dəstəkləyən ispanları (söhbət İspaniyadakı sol təmayüllülərdən gedir) tənqid edirlər.
“Onlar yalnız adaya gedib istirahət etmək maraqlandırır”, - mitinq iştirakçılarından biri deyib.
“Kuba, Fidel və Çe!”, “İnqilab yaşayır!” – Kuba hakimiyyətinin dəstəkləyənlər isə belə şüarlar səsləndirirlər. Onlar deyirlər ki, Kubadakı inqilab sayəsində ölkədə köklü sosial dəyişikliklər – təhsil və səıhiyyə sahələrində - baş verib.
Kubanın səfirlikdəki bayrağı endirilib. İspaniyada 120 minə yaxın kubalı yaşayır.
Modern.az