Modern.az

“Atletiko”lu baş məşqçinin oğlu “Yuventus”a kabus yaşatdı

“Atletiko”lu baş məşqçinin oğlu “Yuventus”a kabus yaşatdı

27 Noyabr 2016, 23:47

Madridin “Atletiko” klubunun argentinalı baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni “Genoa”nın “Yuventus”la görüşünün qəhrəmanına çevrilib. 



Modern.az xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı hücumçu iki dəfə qapıçı Canluci Buffonu məyus edib. 

“Genoa” bu oyunda İtaliya çempionatının liderini 3:1 hesabı ilə məğlub edib.



Hesabı 3-cü dəqiqədə Simeonenin oğlu açıb. 10 dəqiqə sonra ikinci qolu vurub. 

Aleks Sandro 39-cu dəqiqədə topu öz qapısından keçirməklə hesabı 3:0-a çatdırıb.



“Yuventus”un yeganə qolunu 82-ci dəqiqədə Pyaniç vurub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI