Modern.az

Azay Quliyev Baş Məclisdə çıxış edəcək

Azay Quliyev Baş Məclisdə çıxış edəcək

28 Noyabr 2016, 18:36

Milli Məclisin mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə cari ilin noyabr ayının 29-da Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edəcək.

           
Azay Quliyev səfər çərçivəsində QDİƏT PM-in 48-ci sessiyasında ATƏT PA adından çıxış edəcək. Deputatımız çıxışında parlament qurumlarının müasir çağırışlara qarşı yönəlmiş mövcud əməkdaşlığı haqqında və gələcəkdə mümkün fəaliyyətləri barədə danışacaq. Bununla yanaşı, Azay Quliyev çıxışında beynəlxalq terrorizmin qarşısının alınmasında və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu haqqında məlumat verəcək. 

              
Səfər dekabrın 1-də başa çatacaq.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI