Modern.az

Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edildi - FOTO

Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edildi - FOTO

28 Noyabr 2016, 20:46

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra dövlət başçısı “Heydər Əliyev” ordenini Prezident Aleksandr Lukaşenkoya təqdim etdi.

Belarus Respublikasının Prezidenti mərasimdə çıxış etdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI