Modern.az

Moskvada azərbaycanlılara silahlı hücum: yaralananlar var

Moskvada azərbaycanlılara silahlı hücum: yaralananlar var

29 Noyabr 2016, 23:41

Moskvanın Çeremuşkin bazarında Azərbaycan vətəndaşlarının da iştirakı ilə silahlı insident qeydə alınıb.



Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, münaqişədə əksəriyyəti azərbaycanlı olan satıcılar ilə bazar rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Ticarət etdikləri ərazini tərk etmək istəməyən icarədarlar soyuq silahdan istifadə ediblər. Lakin bazar rəhbərliyinin köməyinə xüsusi mühafizəçilər gəlib. 

Etirazçılara qarşı travmatik odlu silah tətbiq olunub. Ən azı iki nəfərin yaralandığı bildirilir.

Hadisəyə bazar rəhbərliyinin bəzi satıcılara müəssisə ərazisində yer verməmək barədə qərar qəbul etməsi səbəb olub. Bunların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Qərarın hansı səbəbdən qəbul olunduğu məlum deyil.

Davada iştirak edən bir neçə nəfərin saxlanıldığı bildirilir.

 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI