Modern.az

“Xəstəxanalar özəlləşdirilsə, 3500 həkim işsiz qalacaq”

“Xəstəxanalar özəlləşdirilsə, 3500 həkim işsiz qalacaq”

Aktual

30 Noyabr 2016, 13:05

“Xəstəxanaların özəlləşdirilərək, həkimləri işdən azad etmək yolverilməzdir”.

 

Modern.az-ın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov parlament komitələrinin birgə iclasında bücə zərfinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, özəlləşdirlməyə çıxarılan müəssisələr artıq məlumdur və burada bir sıra xəstəxanaların, xüsusən də, “Kaspar” , “Dəmiryol” xəsətəxanasının və bir sıra ambulator xəstəxanaların özəlləşdirilməsi nəzərdə tutulur.

 

Vahid Əhmədov vurğulayıb ki, bu xəstəxanaların özəlləşdirilməsi 3500 insanı işsiz qoyacaq: “Bu xəstəxanaların özəlləşdirilməsi nəticəsində 3 min 500 həkim işsiz qalacaq. İndiki halda buna yol vermək olmaz. Ən azından həmin müəssisələr özəlləşməyə çıxarılanda həkimlərə 3 aylıq kompenssasiya verilməlidir. Bu problem ciddidir və hökumət bu müəssisələri özəlləşdirən zaman bu məsələləri diqqətdə saxlamalıdır”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI