Modern.az

Ermənistanda deputatların səlahiyyətləri ARTIRILIR

Ermənistanda deputatların səlahiyyətləri ARTIRILIR

Aktual

30 Noyabr 2016, 13:27

Ermənistan parlamentinin bugünkü iclasında “Milli Məclisin reqlamenti haqqında” konstitusiya qanunu layihəsi birinci oxunuşda qəbul olunub.

 

Modern.az xəbər verir ki, 93 deputatın lehinə, 2 nəfərin əleyhinə və 7 nəfərin bitərəf qaldığı layihəni hakim Respublika və Daşnaksütyun partiyalarının deputatları hazırlayıblar.

 

Məqsəd Konsitusiya islahatlarına uyğun olaraq gələcək parlamentin artan rolunu əks etdirməkdir.

 

Qanun layihəsində deputatlar və parlament fraksiyaları üçün yeni səlahiyyətlər nəzərdə tutulur. Yeni səlahiyyətlər əldə edəcək parlamentin hökumətin təklif etdiyi qanun layihələrini öz redaksiyasında qəbul etmək imkanı olacaq.

Bundan əlavə, parlamentin hökumətdən fəaliyyəti ilə bağlı bu və ya digər məsələ ilə bağlı izahat tələb etmək hüququ olacaq.

Parlament müxalifətinin də səlahiyyətləri genişlənəcək. Məsələn, müxalifət onu maraqlandıran məsələni növbədənkənar müzakirəyə çıxara biləcək, vitse-spiker kürsülərindən biri müxalifətə veriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu