Modern.az

59 ərazidə torpaq mübahisəsi var – RƏSMİ

59 ərazidə torpaq mübahisəsi var – RƏSMİ

Aktual

1 Dekabr 2016, 13:19

Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var.

Modern.az-ın görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. Deputat qeyd edib ki, 362 inzibati ərazi dairəsinin ərazi məsələləri sual altında qalıb: “Çünki onlar işğal altında olan ərazilərdir. Bu məsələ hələ həll olunmayıb”.

A.Rəhimzadə inzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin çox mürəkkəb bir iş olduğunu bildirib.

“Bu məsələlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunla və “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiya haqqında” qanunla həll olunur”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu