Modern.az

Nalbandyan Elmar Məmmədyarovla görüşə bilər 

Nalbandyan Elmar Məmmədyarovla görüşə bilər 

1 Dekabr 2016, 17:35

Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan Hamburqda Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib.

 

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Nalbandyan bildirib:

“Görüş olacağını istisna etmirəm, amma hələlik bu barədə razılaşma yoxdur”.

 

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın 8-9-da Hamburqda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüş planlaşdırdıqlarını açıqlayıblar. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda görüşməyə hazır olduqlarını, lakin Ermənistan tərəfinin hələ cavab vermədiyini vurğulayıb.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu