Modern.az

“Ağıllı Rusiya” ləğv olundu

“Ağıllı Rusiya” ləğv olundu

1 Dekabr 2016, 18:01

Rusiya Federasiyası Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiasını təmin edərək "Ağıllı Rusiya" ("Умная Россия") siyasi partiyasının ləğvi haqqında qərar qəbul edib.

Bu barədə Modern.az Rusiya KİV-nə istinadən məlumat verir.

Nazirliyin iddiasına əsasən, partiya "Siyasi partiyalar haqqında" qanunu pozmaqla fəaliyyət göstərib. Bundan başqa, partiyanın maliyyə hesabatının olmadığı da qeyd olunur.

"Qeyd edək ki, "Ağıllı Rusiya" partiyası 2012-ci ildə rəsmi qeydiyyatdan keçib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu