İtaliya polisi ölkədə ən təhlükəli cinayətkarlardan biri hesab olunan mafioz Marçello Peşeni həbs edib. Modern.az xəbər verir ki, Peşe İtaliyanın cənubundakı Kalabriya vilayətinin Rozarno şəhərində yaxalanıb.
Kalabriyanın ən möhtəşəm cinayətkar təşkilatı “ndranqeta” aqressiv qruplaşmasına rəhbərlik edən 52 yaşlı qanqster saxlanılanda silahsız olub və müqavimət göstərməyib.
Bossla birgə olan daha iki nəfər, ata və oğul da təhlükəli cinayətkarı gizlətdiklərinə görə yaxalanıblar.
Diskotekalara və gecə klublarına aludə olan Peşe quldurlar arasında U Ballerinu (Rəqqas) ləqəbi ilə tanınıb. O 2010-cu ilin aprel ayından axtarışda olub.
Peşe o vaxt möcüzə nəticəsində hüquq-mühafizə orqanlarından gizlənə bilib. 2015-ci ildə beynəlxalq axtarışa verilib.
İstintaqın məlumatına görə, Peşe “ndranqeta”ların cinayətkar yollarla əldə olunan pulların yuyulması, onu İtaliyaın şimalında müxtəlif aktivlərə investisiya kimi yatıran ən birinci bosslarından biridir.
O, cinayətkarlıq fəaliyyəti ilə bağlı 16 il azadlıqdan məhrum olunub.
Modern.az