Modern.az

Şəkidə bədbəxt HADİSƏ: traktorçu öldü  

Şəkidə bədbəxt HADİSƏ: traktorçu öldü   

1 Dekabr 2016, 20:42

Dekabrın 1-də Şəkidə bədbəxt hadisə baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində şəhər İcra Hakimiyyətinə məxsus traktorun qoşqusunun altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq traktorun sürücüsü 1962-ci il təvəllüdlü Mustafazadə Asim İspəndiyar oğlunun cəsədini qoşqunun altından çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 18:02-də başa çatıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu