Modern.az

Milli Məclisdə ehtiyac meyarı müzakirə edilir

Milli Məclisdə ehtiyac meyarı müzakirə edilir

2 Dekabr 2016, 11:04

Bu gün Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcə zərfini İnsan hüquqları, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər komitələri müzakirə edir.

 

Modern.az-ın xəbərinə görə, büdcə zərfinə "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

 

Xatırladaq ki,  sənədlərin komitələrin iclasında plenar iclasa tövsiyə olunduğu təqdirdə, layihələrin dekabrın 6-da, 7-də və 8-də plenar iclasların müzakirəsinə çıxarılması gözlənilir.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu