Birləşmiş Ştatlar başqa ölkələrdəki rejimləri və hakimiyyətləri devirməyə istiqamətlənən xarici siyasət aparmayacaq.
Modern.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp bəyan edib.
“Bizim məqsədimiz xaos yox, sabitlikdir. Çünki biz ölkəmizi bərpa etmək istəyirik – vaxtdır”, - Tramp qeyd edib.
O, seçkiqabağı söylədiklərini yenidən təkrarlayaraq vurğulayıb ki, ABŞ Yaxın Şərqdəki müharibəyə 6 trilyon dollar xərcləyir: “Bu arada isə ölkəmiz tam bərbad vəziyyətə düşür”.
Onun sözlərinə görə, ABŞ-ın yeni hökuməti dogər dövlətlərlə qarşılıqlı şəkildə mümkün olan hər yerdə ümumi maraqları axtarmaq niyyətindədir.
Tramp onu da qeyd edib ki, ABŞ İraq-Şam İslam Dövlətini məhv etməkdən ötrü istənilən ölkə ilə əməkdaşlığa hazırdır.
Modern.az