Modern.az

Vitse-spikerdən XƏBƏRDARLIQ: “Öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”

Vitse-spikerdən XƏBƏRDARLIQ: “Öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”

2 Dekabr 2016, 11:19

“Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin  büdcə layihəsini Milli Məclisə təqdim edib. Eyni zamanda müvafiq qurumlar da mövcud vəziyyəti, valyutaların məzənnəsini nəzərə almağı bacarıblar. Biz mövcud reallıqları nəzərə almaqla öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”.

Modern.az-ın xəbərinə görə, bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Bahar Muradova qeyd edib ki, gələn ilin dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlanıb.

“Əsas məqsədimiz makroiqtisadi sabitliyi qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Gələn ilin büdcəsində bu məqamlar nəzərə alınıb”.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu