Modern.az

Nazir müavini: “Gələn il tikinti sektorunda azalma olacaq”

Nazir müavini: “Gələn il tikinti sektorunda azalma olacaq”

Aktual

2 Dekabr 2016, 13:02

“Dövlət investisiyasına əsaslanan modeldən özəl investisiyaya əsaslanan modelə keçidlə bağlı tikinti sektorunda azalma gözlənilir”.

 

Modern.az-ın xəbərinə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova 2017-ci il üzrə dövlət büdcə zərfinin Milli Məclis komitələrinin bu gün keçirilən birgə iclasında çıxışında deyib. Nazir müavini bildirib ki, İKT sahəsində artım birrəqəmli olacaq: “Bu sahədə 6-7% ətrafında artım gözləyirik. Həmçinin azalmanı tikinti sektorunda da gözləyirik. Bu da dövlət investisiya əsaslanan modeldən özəl investisiyaya əsaslanan modelə keçidlə bağlıdır. Dövlət investisiyalarının həcmi azalır”. S.Həsənova qeyd edib ki, bütün bunlarla yanaşı, yenə də sosial məsələlər diqqət mərkəzində olacaq: “Məşğulluq məsələsi 2017-ci ilin büdcə layihəsində prioritet məsələdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə xidmət artırılacaq."

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu