“Büdcə layihəsində bir sıra dövlət müəssislərindən daxilolmaların həcmi 5-6 milyon manat civarında göstərilib. Bu isə yetərincə aşağı göstəricidir”.
Modern.az-ın xəbərinə görə, bunu deputat Cavanşir Feyziyev parlamentin birgə komitələırinin iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, elə kiçik firmalar var ki, illik gəliri 5-6 milyon manat civarındadır:
“Əgər bu dövlət müəssisələri belə az gəlir gətirirsə, onlar mütləq özəlləşməyə çıxarılmalı və daha effektli idarəetməyə nail olunmalıdır. Bununla həm də büdcə gəlirlərinə qənaət etmiş olarıq”.
Cavanşir Feyziyev vurğulayıb ki, hökumət kəndlinin özü-özünü dolandırmasına şərait yaratmalıdır:
“Bunun üçün ilk olaraq kəndli üçün infrastruktur şəraiti yaxşılaşdırmaq lazımdır. Onu elektrik enerji, yanacaqa və su ilə təmin etməlidir. Əgər belə olarsa, o zaman kəndlinin ünvanlı sosial yardıma da ehtiyacı qalmayacaq”.
Ağa AKİFOĞLU