Bu ay Şimal yarımkürəsinin gecə səmasını iki meteor yağışı və tam bədirlənmiş Ay işıqlandıracaq. Bu barədə Modern.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Geminid “ulduz yağışı” dekabrın 14-dən 17-dək fəal olacaq.
Bu zaman “ulduz yağışı”nın sayının saatda 120 və ya ondan çox olacağı gözlənilir.
Bildirilib ki, səma hadisəsini Əkizlər bürcü zonasında daha aydın müşahidə etmək mümkün olacaq.
Bu il üçün üçüncü tam bədirlənmiş Ay da dekabrın 14-nə təsadüf edəcək.
Dekabrın 22-də isə Ursida meteor axını müşahidə olunacaq. Bu zaman saatda 10-la “düşən ulduz” gecə səmasını bəzəyəcək.
Modern.az