Modern.az

“İRƏLİ”nin “Azərbaycanın İntellektual Birincisi” LAYİHƏSİ

“İRƏLİ”nin “Azərbaycanın İntellektual Birincisi” LAYİHƏSİ

Aktual

2 Dekabr 2016, 18:24

Prezident İlham Əliyevin iştirakı ilə Gənclər Gününə həsr olunmuş görüşdə ölkə başçısı intellektual oyunların və intellektual televiziya proqramların gənclərin özünü inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirməsi və bundan irəli gələrək “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il noyabr-dekabr aylarında  “Azərbaycanın İntellektual Birincisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub.

 

Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarını artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.  

 

“Azərbaycanın İntellektual Birincisi”  layihəsinin dekabr ayının 3-də Xırdalan, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə  Mingəçevir turniri, Dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə  Şəmkir, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə  Quba turniri keçiriləcək.

 

Açılış mərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") oyunlarına start veriləcək və qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediləcəkdir.

 

Qeyd edək  ki, gənclərin bilik və bacarıqlarını  qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu