ABŞ Ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli Azərbaycana səfərinin məqsədini açıqlayıb.
Modern.az-ın xəbərinə görə, o bildirib ki, səfərinin məqsədi Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələri genişləndirmək və dərinləşdirməkdir.
Onun sözlərinə görə, Azərbaycandakı Amerika Ticarət Palatası iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün vacib 16 tövsiyə verib
M.Lalli bildirib ki, son 3 ildə 35 ABŞ şirkəti Azərbaycana səfər edib və onlar ümumilikdə 200-dək görüş keçiriblər.
Modern.az