İtaliyanın paytaxtında Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri arasında görüş olub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo bildirib.
Onun sözlərinə görə söhbət zamanı tərəflər Suriya, Liviya və Yəməndəki vəziyyəti müzakirə ediblər.
“Dövlət katibi Suriyadakı vəziyyət, xüsusilə Hələbdə mülki vətəndaşlara davam edən hücumlarla bağlı narahatlığını bildirib” - deyə Trüdo məlumat verib.
Modern.az