Modern.az

Vaşinqon Pxenyana qarşı yeni sanksiyalara başladı

Vaşinqon Pxenyana qarşı yeni sanksiyalara başladı

Aktual

2 Dekabr 2016, 21:55

ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirliyinin məlumatında bildirilir.

 

Sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslər Şimali Koreya hökuməti və ölkənin atom proqramı ilə əlaqəsi  olanlardır. Onların arasında müəssisə rəhbərləri, ticarət korporasiyası və atom sənayesi nazirliyinin nümayəndələri də var.

 

Sanksiya siyahısına həmçinin sənaye və inşaat korporasiyaları, “Air Koryo” aviaşirkəti, “Koryo Bank” daxil olmaqla bir neçə maliyyə və sığorta şirkətləri salınıb.

 

Qeyd edək ki, dekabrın 1-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar Şimali Koreyanın sentyabrda həyata keçirdiyi sayca beşinci nüvə sınağı ilə əlaqədar tətbiq edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu