FİFA argentinalı Lionel Messini, portuqaliyalı Kriştianu Ronaldunu və fransalı Antuan Qrizmannı 2016-cı il üçün ən yaxşı futbolçu adına namizəd göstərib.
Modern.az xarici mediaya istinadən bildirir ki, qalib yanvarın 9-da İsveçrənin Sürix şəhərindəki mərasimdə elan ediləcək.
Müssi “Barselona”nın heyətində İspaniya çempionatının və ölkə kubokunun qalibi olub. Argentinalı həm də millinin heyətində Amerika Kubokunun finalına qədər gedib və Çili komandasına uduzub.
“Real”ın hücumçusu Ronaldu Çempionlar Liqasının qalibidir. O həm də Portuqaliya millisi ilə Avropa çempionu olub. Portuqaliya finalda Qrızmanın çıxış etdiyi Fransaya qalib gəlib.
Qrizmann isə Avropa çempionatının ən yaxşı bombardiridir. Bununla belə, heç bir mükafat qazanmayıb.
Modern.az