Modern.az

Gömrükdə 5 mindən çox siqaret aşkar edildi

Gömrükdə 5 mindən çox siqaret aşkar edildi

Aktual

3 Dekabr 2016, 16:51

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dən Modern.az-a məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 5 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu