Bakıda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-averilən məlumata görə, şəhərin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1- ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzildə 1 ədəd divan yanıb.
Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az