Modern.az

İşıq və qazın bahalaşması məktəblərə də təsir edəcək - AÇIQLAMA

İşıq və qazın bahalaşması məktəblərə də təsir edəcək - AÇIQLAMA

6 Dekabr 2016, 14:32

“Təbii ki, Tarif Şurasının müvafiq qərarından sonra qazın, işığın və isti suyun qiymətlərinin bahalaşmasının məktəblərə də təsiri olacaq”.

 

Modern.az-ın  xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə,  bu məsələdə müvafiq təşkilatlar öz  öhdəliklərini nəzərə alaraq üzərilərinə düşəni yerinə yetirəcəklər.

 

"Bu gün Bakı məktəblərinin istiliklə bağlı problemlər demək olar yoxdur. Bəzi problemlər ortaya çıxanda operativ olaraq aradan qaldırılır. Təbii ki, kommunal sahədə qiymətlərin artırılması məktəblərə də  təsir göstərəcək. Ancaq bu birbaşa bizə aid deyil.  Bununla bağlı yəqin ki,  büdcədə dəyişiklik ediləcək".

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu