Modern.az

Ümumukrayna Azərbaycanlıları Forumu dekabrın 10-da başlayacaq

Ümumukrayna Azərbaycanlıları Forumu dekabrın 10-da başlayacaq

6 Dekabr 2016, 18:19

Kiyevdə IV Ümumukrayna Azərbaycanlıları Forumunun başlanma tarixi bəlli olub. 

Bu barədə Modern.az-a  Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov məlumat verib.

Diaspor rəhbəri bildirib ki, Ümumukrayna Azərbaycanlıları Forumu dekabrın 10-u başlayacaq.

Ukraynanın bütün regionlarında yaşayan azərbaycanlıların da təmsil olunacağı forumda Azərbaycan və Ukraynadan dövlət və hökumət nümayəndələri, deputatlar, siyasətçilər və bu ölkədə yaşayan milli azlıqlara məxsus təşkilat rəhbərlərinin qatılması nəzərdə tutulub.

 
UABD sədri Hikmət Cavadov bildirib ki, bu dəfə ki forumun mövzusu Azərbaycan və Ukrayna münasibətlərindəki yeni dövrü əhatə edəcək:

“Bu forum Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV qurultayında irəli sürdüyü tövsiyələrin icrası məqsədi ilə təşkil olunur. Cari ilin sonuna qədər keçirilməsi nəzərdə tutulan forumun mövzusu biznes, Ukraynada yaşayan azərbaycanlıların problemlərinin birgə müzakirəsi, ölkədəki azərbaycanlıların ictimai-siyasi fəaliyyətini daha da aktivləşdirmək üçün yeni proqramların qəbulu, o cümlədən Ukraynadakı biznes mühitinə Azərbaycanın təqdimatı olacaq.

Məqsəd Ukraynada yaşayan azərbaycanlıları iki ölkənin münasibətlərinin daha da dinamikləşməsinə cəlb etmək, bu məsələdə diasporun töhfəsini ortaya qoymaqdır. Biz Ukraynada fəaliyyət göstərən digər diaspor təşkilatlarımızı və milli-mədəni birliklərimizi forumun təşkilatçılığında aktiv olmağa çağırırıq”.

 

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu