Modern.az

Saakaşvili yeni partiyasında üzvlərin sayını AÇIQLADI

Saakaşvili yeni partiyasında üzvlərin sayını AÇIQLADI

6 Dekabr 2016, 18:21

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvili yeni yaratdığı “Yeni qüvvələrin ruhu” partiyasının Ukraynada artıq 20 mindən çox üzvü olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, onun fikrincə, ən başlıcası say deyil.

“Mən onların bir neçə mini ilə artıq ünsiyyətdə olmuşam və demək istəyirəm ki, nə Ukraynada, nə də başqa ölkədə bu qədər keyfiyyətli partiya fəalına rast gəlməmişəm”, - Saakaşvili vurğulayıb.

Onun sözlərinə görə, fəallar arasında bütün nəsillərin intellektualları, eləcə də uğurlu, savadlı və vətənpərvərləri var.

“Mən özümə söz vermişəm ki, bu adamları nəyin bahasına olur-olsun hakimiyyətə gətirəcəyəm”, - o, əlavə edib.



Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu