Modern.az

Gəlin maşını idarəetmədən çıxıb bir nəfəri vurub - VİDEO

Gəlin maşını idarəetmədən çıxıb bir nəfəri vurub - VİDEO

6 Dekabr 2016, 20:28

Ağdamda gəlin maşını qəzaya uğrayıb. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, hadisə rayonun Səfərli kəndində qeydə alınıb. Toy karvanındakı Ağdam rayon sakini Qabil Abbasova məxsus "Lexus" markalı avtomobil hərəkətdə olarkən idarə etmədən çıxıb. Nəticədə minik maşını dəmir hasarı uçuraraq yolun kənarındakı fərdi yaşayış evinin həyətinə girib. Avtomobil evin həyətində olan İlhamiz Quliyevi vurub. Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilir ki, yaralının vəziyyəti orta ağır olaraq qalır.

 

Faktla bağlı Rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu