Modern.az

Vladimir Putin Türkiyə prezidenti ilə görüşə hazırdır

Vladimir Putin Türkiyə prezidenti ilə görüşə hazırdır

6 Dekabr 2016, 21:10

Rusiya Prezidenti Vladimir Putin Türkiyə baş naziri Binəli Yıldırımın Moskvaya səfəri yüksək səviyyəli sammit üçün əsas olacağını bildirib. Modern.az saytı xəbər verir ki, Rusiya mediasının məlumatına görə, V.Putin Baş nazirlə görüşündə "Türk axını" barədə sazişin ratifikasiyası ilə bağlı qanunu imzaladığı üçün Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

 

V.Putin deyib ki, bu çox vacib layihədir: "Bizim hazırda da çoxlu birgə layihələrimiz var. Hesab edirəm ki, bu səfər bizim Türkiyə prezidenti ilə görüşümüzə və yüksək səviyyəli sammitin keçirilməsinə əsas yaradır".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu