Modern.az

Azərbaycanlı hakim UEFA ÇL-nin oyunlarını idarə edəcək

Azərbaycanlı hakim UEFA ÇL-nin oyunlarını idarə edəcək

6 Dekabr 2016, 22:42

Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi, FIFA referisi Əliyar Ağayev ölkəmizin idman tarixində yeni uğura nail olub. Modern.az saytı xəbər verir ki, Azərtac-ın məlumatına görə, Ə.Ağayev UEFA-nın hakimlər kateqoriyası üzrə birinci dərəcə alıb. Bununla da o, gələn ildən UEFA Çempionlar Liqasının qrup və pley-off matçlarına da təyinat almaq hüququ qazanıb.

 

Xatırladaq ki, 2013-cü ildən FIFA referisi olan Ə.Ağayev cari mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsində üç oyunu idarə edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu