Yəmənə məxsus gəmi göyərtəsində 60-dan artıq sərnişinlə birlikdə Ərəb körfəzində Sokotra adası yaxınlığında qəzaya uğrayaraq batıb.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, gəmidə 64 sərnişinin olduğu deyilir.
Batanların arasında qadın və uşaqlar da var. Gəmi Yəmənin Hadramaut vilayətindən Əl-Mukalla şəhərindən adaya doğru üzüb. Limandan ayrılandan sonra gəminin bir müddət sahil xidməti ilə əlaqəsi kəsilib.
Hadramaut vilayəti müvafiq qurumları ada ətrafında axatarış-xilasetmə işləri aparırlar.
Əldə olunan son məlumata görə, sulardan 2 nəfər xilas edilib, qalanların taleyi barədə məlumat yoxdur.
Ağa AKİFOĞLU