Türkiyədə Konstitusiya ilə bağlı referendumun 2017-ci ilin aprelin 23-də keçiriləcək.
Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketini ən geci dekabrın 9-da Türkiyə Böyük Millət Məclisinə təqdim edəcək.
Müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) və AKP-dən olan 351 millət vəkilinin səsverməsi nəticəsində Konstitusiyaya dəyişikliklər parlamentdə qəbul ediləcək və layihə referendumda xalqın səsverməsinə çıxarılacaq.
Xatırladaq ki? AKP və MHP liderləri ötən həftə görüşərək, konstitusiyaya əlavə və dəyişikliyə dair müzakirələr aparıblar.
Referendumda Türkiyədə prezident üsul-idarəsinə keçid məsələsi səsverməyə çıxarılacaq. Türkiyə hazılda parlament respublikasıdır.
Ağa AKİFOĞLU