Modern.az

“Məişət zorakılığına məruz qalan qadınlara xüsusi mərkəzlər tikilsin”

“Məişət zorakılığına məruz qalan qadınlara xüsusi mərkəzlər tikilsin”

7 Dekabr 2016, 12:30

“Ümid edirik ki, 2017-ci ilin dövlət büdcəsinin gərginliyi ölkə başçısının tapşırığı ilə həyata keçirilən sosial evlərin tikintisini ləngitməyəcək”.

 

Modern.az-ın xəbərinə görə, bunudeputat  Jalə Əliyeva Milli Məclisin plenar icasında 2017-ci ilin büdcəsinin müzakirələri zamanı deyib. Ölkənin bəzi rayonlarında icbari tibbi sığorta ilə bağlı pilot layihələrə başlanıldığını deyən millət vəkili bildirib:

 

“İcbari tibbi sığortanın tətbiqi aztəminatlı ailələr üçün vacib oldunu nəzərə alaraq onun daha tez tətbiq olunmasına ehtiyac var”.

Deputat çıxışı zamanı ölkədə məişət zorakılığına məruz qalan qadınlar üçün xüsusi mərkəzlərin tikilməsini təklif edib:

 

“Çox təəssüf ki , ölkəmizdə hələ də məişət zorakılığı hallarına rast gəlinir. Bəzən qadınlar həyat yoldaşları və ya digələri tərəfindən zorakılığa məruz qalırlar. Onların getməyə yeri olmadığından bu hallar ağır nəticələrə gətirib çıxarırır. Bu baxımdan belə halların qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi mərkəzlər və sığınacaqlar yaradılsa yaxşı olar”.

Jalə Əliyeva ölkədə nəqliyyat sektorunun inkişafından da danışıb:

 

“Yükdaşımalar və bu sahədə əldə olunan dividentlər tranzit marşrutlardan faydalanmaq imkanı yaradır. Bundan istifadə üçün infrastruktur yaradılmalı, posedurlar sadələşdirilməlidir.

 

Bu məsələlərin həlli xarici investorları artıra bilər. Beynəlxalıq nəqliyyat dəhlizlərinə çıxış xarici investorları özünə cəlb edən amillərdir. Nəqliyyat sektorunun inkişafı turizmə də öz təsirini göstərə bilər. Azərbaycan- İran dəmir yollarının birləşməsi, Bakı-Tbilisi- Qars dəmir yolunun işə salınması ölkəmizdə turizm sahəsinin inkişafına müsbət təsir göstərəcək”.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu