Modern.az

Dəm qazından builki zəhərlənənlərin ümumi sayı açıqlandı - 454 nəfər

Dəm qazından builki zəhərlənənlərin ümumi sayı açıqlandı - 454 nəfər

7 Dekabr 2016, 12:51

“2016-cı il ərzində Klinik Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə ilə bağlı 454 müraciət olub, həmin şəxslərdən 332-si xəstəxanaya qəbul edilib. Bu il mərkəzə müraciətlər arasında dəm qazından ölüm halı qeydə alınmayıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, hər həftə dəm qazı zəhərlənməsi ilə əlaqədar rayonlardan 10-12 müraciət daxil olur:

“Mərkəzə yerləşdirilənlərin 10%-nin vəziyyəti ağır, 70%-nin vəziyyəti orta-ağır, qalanların vəziyyəti isə nisbətən yüngül olub. Dəm qazından zəhərlənmə ilə bağlı əsasən 20-40 yaş arası və orta yaşlı insanlar müraciət edir. Bu, da daha çox vanna otağında baş verir”.

 

 Onun sözlərinə görə, ötən il isə yalnız 1 nəfər vəfat edib.

 

A.Maqsudov bildirib ki, qapalı şəraitdə olan maşında kondisioner işləyərsə, dəm qazı orada olan şəxsi zəhərləyə bilər: “2015-ci ildə belə bir hadisə nəticəsində iki şəxs zəhərlənib. Onlardan biri vəfat edib, digər şəxsin sağlamlığının bərpasına isə uzun müddət lazım olub”.

 

Gülşən RAUFQIZI

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu