Modern.az

Hava limanına gedən yollardan biri BAĞLANIR

Hava limanına gedən yollardan biri BAĞLANIR

7 Dekabr 2016, 13:01

Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq dekabrın 9-dan etibarən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağıdan 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.

 

Bu haqda Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

O bildirib ki, profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq:

 

“Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.

 Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu