Modern.az

“Şücaətə görə” medalı təsis olundu - FƏRMAN

“Şücaətə görə” medalı təsis olundu - FƏRMAN

Aktual

8 Dekabr 2016, 15:49

Prezident İlham Əliyev “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, sənəddə deyilir ki, “Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə” təsdiqlənib.

 

Bundan başqa, “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsviri təsdiq edilib.

 

Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər.

 

Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu