Modern.az

Xalqımız durduqca, Heydər Əliyev də yaşayacaq

Xalqımız durduqca, Heydər Əliyev də yaşayacaq

Aktual

12 Dekabr 2016, 09:00

Dünya Azərbaycanlılarının Ümumilli lideri, Azərbaycan tarixinə əbədi olaraq qızıl həriflərlə həkk olunmuş Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusudur.

Bu böyük şəxsiyyətin Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi sözlə ifadə ediləcək deyil. Deyə biləcəyimiz odur ki, nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, müstəqil Azərbaycan dövləti var Ulu öndər də o qədər var olacaq, o qədər yaşayacaq. 

Mərhum Heydər Əliyev Azərbaycan xalqının müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib. Bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. O zaman ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Bunun üçün təssəvüredilməz güc, iradə, həyatını birbaşa təhlükəyə atmaq cəsarəti lazım idi. Bütün bunlar onu göstərir ki, xalqımızın maraqları, Azərbaycanın maraqları naminə bu böyük şəxsiyyət hər şeyə hazır idi.

Bu gün hər bir Azərbaycan vətəndaşı, dünyanın hansı ölkəsində yaşamasından aslıl olmayaraq hər bir azərbaycanlı Ulu öndərin bu xidmətlərini dərk edir, dəyərləndirir.

Onu da qeyd etməliyəm ki, Heydər Əliyev kimi dünyanın bənzərsiz şəxsiyyətlərinə ən böyük qiyməti, ən böyük dəyəri tarix verir. Odur ki, zaman keçdikcə Heydər Əliyevin dəyəri daha da artacaq, ona umumxalq sevgisi daha da çoxalacaq. Sağlığında bütün həyatını xalqın yolunda xərcləyən, müasir Azərbaycan dövlətinin qurucusu olan Ümummilli liderimizi xalqımız hər zaman şükranlıqla yad edəcək.

Ona görə də qətiyyətlə deyə bilərik ki, on üç il bundan öncə 12 dekabrda Heydər Əliyev cismən bizdən ayrıldı. O, mənən hər zaman Azərbaycan xalqı ilədir. Ən çətin anlarda onun dühası, işığı bizim köməyimizə gəlir, onun iyasəti bizi çətinliklərdən xilas edir.

Qısaca olaraq 1993-cü ilin yayına ekskurs etmək istərdim. O vaxt xalq acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.

Beləliklə, dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

Məhz Heydər Əliyev siyasətinin nəticəsidir ki, bu gün ətraf ölkələrdə ciddi kataklzimlər, qeyri-sabitlik höhüm sürdüyü halda Azərbaycan dünyada təklükəsizik, sabitlik adası kimi tanınır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə, keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.

Bi siyasət nəticəsində bütün dünyaya bəyan edildi ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş bir qarış torpağını belə güzəştə getməyəcək, öz ərazi bütövlüyünü təmin edəcək.

Ümummilli liderin ardıcıl səyləri sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratma cəhdinin təsdiqlənməsi, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, bu ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini vurğulayan qətnamə qəbul etməsi, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını etiraf etməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyətlər idi.

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrində dönüş yarandı. Azərbaycanın hərtərəfli bütün dünya tərəfindən qəbul edilir.

Azərbaycan iqtisadi inkişafı, mədəni nailiyyəti, idmanı ilə, mədəni irsi ilə dünyanı dolaşır.

Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi oldu. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi. Bununla belə, o dövrdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması regionların inkişafına əlverişli zəmin yaratdı.

Xalqımız qarşısında misilsiz xidmətləri olan Ulu öndərin bizlərə bəxş etdiyi ən böyük bəxşiş Cənab Prezident İlham Əliyevdir.

Hesab edirəm ki, Heydər Əliyev siyasətini doğru yürüdən, bu siyasətlə Azərbaycanı gələcəyə aparacaq yeganə lider İlham Əliyev ola bilərdi.

Belə də oldu və bu gün xalqımızı bunun bəhrəsini görür.  

Bütün bu qeyd etdiklərim ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsi idi.

Müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq.

Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoydu. Bu mirası qorumaq hər birimizin Vətəndaşlıq borcudur.

 

Rüstəm Xəlilov,
Milli Məclisin deputatı 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər