Mərhum prezident Heydər Əliyevin anım günü ilə əlaqədar bu gün Bakı şəhərində bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a bildirib ki, dekabrın 12-də səhər saat 08.00-dan anın mərasimi tam başa çatanadək, Parlament prospekti - Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.
Bundan başqa, həmin gün Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Vaqif Əsədov sürücüləri alternativ yollardan istifadə etməyə çağırıb.
Modern.az