İstanbulda terrora qarşı etiraz yürüşü başlayıb.
Modern.az Türkiyənin Ensonhaber.com saytına istinadən xəbər verir ki, mitinq Türkiyə Demokratiya Platforması tərəfindən təşkil olunub.
Türkiyə Demokratiya Platformasının rəhbəri Kezban Hatemi bildirib ki, Platforma “Biz millətik, Türkiyəni terrora, çevrilişə təslim etdirməyəcəyik!” şüarı ilə fəaliyyətə başlayıb. Aksiya İstanbul Ticarətçilər İttifaqının önündən başlayıb. Aksiyanın terrorun törədildiyi "Vodafone Arena"nın ətrafında sonlanacağı bildirilib.
Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23:29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.
Modern.az